Quba rayonunun Dağlı kəndi üzrə hazırlanmış yenidənqurma planı kənd ərazisində elektrik paylayıcı şəbəkəsinin optimallaşdırılmasını və mövcud infrastrukturun müasir standartlara uyğunlaşdırılmasını əhatə edir.
Layihədə 6 kV-luq hava xətlərinin və 0,4 kV-luq paylayıcı şəbəkələrin yeni sxem üzrə təşkil olunması, perspektiv transformator məntəqələrinin nəzərə alınması və yaşayış məntəqəsinin bütün hissələrinin etibarlı enerji təchizatı ilə əhatə edilməsi nəzərdə tutulmuşdur.
Hazırlanmış sxem kəndin gələcək inkişaf perspektivləri və abonent sayındakı artım nəzərə alınmaqla tərtib edilmişdir.
Layihənin həyata keçirilməsi elektrik şəbəkəsinin etibarlılığını və səmərəliliyini artırmağa, istismar itkilərini azaltmağa və istehlakçıların sabit, keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasına şərait yaradacaq.