Layihə çərçivəsində Sabunçu rayonunun Maştağa qəsəbəsində mövcud 0,4 kV-luq elektrik paylayıcı şəbəkələrinin yenidən qurulması nəzərdə tutulur.
Hazırlanmış sxemdə transformator məntəqələrinin yerləşməsi, yeni kabel xətlərinin marşrutları, dayaqların quraşdırılması və mövcud infrastrukturun modernləşdirilməsi üzrə tədbirlər öz əksini tapmışdır.
Layihənin əsas məqsədi qəsəbənin elektrik təchizatının etibarlılığını artırmaq, enerji itkilərini minimuma endirmək və istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunmasına nail olmaqdır.