ERATUR komandası Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilən və Azərbaycanın Çin turizm bazarında mövqeyinin gücləndirilməsinə xidmət edən “China Ready” proqramının təqdimat tədbirində iştirak edib.
Tədbirdə Çin turizm bazarının dinamikası, çinli turistlərin səyahət vərdişləri və gözləntiləri, turizm məhsullarının bazar tələblərinə uyğunlaşdırılması, həmçinin xidmət keyfiyyətinin artırılması istiqamətində aktual mövzular müzakirə olunub. Bildirilib ki, “China Ready” proqramı çinli turistlərin qəbulu üçün beynəlxalq səviyyədə tanınan təlim və sertifikatlaşdırma sistemi olmaqla, turizm sənayesinin bu bazara daha effektiv şəkildə çıxışını dəstəkləyir.
Təqdimat çərçivəsində Çin bazarının Azərbaycan turizmi üçün strateji əhəmiyyəti, iki ölkə arasında turizm əlaqələrinin inkişaf perspektivləri və çinli turistlərin ölkəmizə artan marağı xüsusi vurğulanıb.
ERATUR olaraq beynəlxalq turizm bazarlarında baş verən yenilikləri və müasir yanaşmaları yaxından izləyir, əməkdaşlarımızın peşəkar inkişafına və xidmət keyfiyyətinin davamlı olaraq yüksəldilməsinə xüsusi önəm veririk. Bu kimi tədbirlərdə iştirak etmək qlobal turizm trendlərini daha yaxından öyrənməyə və müştərilərimizə daha yüksək standartlarda xidmət təqdim etməyə imkan yaradır.