Layihə çərçivəsində Ağdərə rayonunun Heyvalı kəndində 35 kV və 0,4 kV-luq elektrik şəbəkələrinin yenidən qurulması nəzərdə tutulur.
Hazırlanmış sxemdə yeni hava xətlərinin marşrutları, transformator məntəqələrinin yerləşməsi, dayaqların quraşdırılması və abonent xətlərinin yenilənməsi üzrə görüləcək işlər öz əksini tapmışdır.
Layihənin həyata keçirilməsi nəticəsində kəndin enerji infrastrukturu müasirləşdiriləcək, elektrik təchizatının etibarlılığı artırılacaq, texniki itkilər azaldılacaq və istehlakçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı yaxşılaşdırılacaq.