Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının və Heydər Əliyev adına İdman-Konsert Kompleksinin birgə təşəbbüsü ilə bir sıra üzv şirkətlərin nümayəndələri üçün buz meydançasına infotur təşkil edilib.
İnfotur çərçivəsində ATAA üzvlərinə buz meydançasının imkanları, turizm şirkətlərinə təqdim olunan endirim təklifləri, xüsusi tur paketlərin hazırlanması, eləcə də İdman-Konsert Kompleksində təqdim edilən xidmətlər barədə məlumat verilib.
Bununla yanaşı, iştirakçılara Abşeron rayonu, Sumqayıt şəhəri və Şağan qəsəbəsində yerləşən Regional Olimpiya Mərkəzlərindəki hotellər haqqında da ətraflı məlumat təqdim olunub.
Qeyd edək ki, infotura dəvət olunan iştirakçılar sırasında ERATUR Turizm Şirkəti də yer alıb.