Noyabrın 15-də Türkiyənin İstanbul şəhərində dünyanın ən böyük turizm tədbirlərindən biri sayılan “Uzakrota Global-2024” keçirilib.
“Uzakrota Travel Summit” onlayn səyahət agentlikləri, aviaşirkətlər, hotellər, səyahət texnologiyaları startapları, qonaqpərvərlik investorları, vençur kapitalistləri, texnologiya şirkətləri və distributiv texnologiya şirkətləri üçün ən böyük beynəlxalq konfrans və sərgi platformalarından biridir.
“Uzakrota Travel Summit” dünyanın müxtəlif ölkələrindən turizm sənayesinin aparıcı şirkətlərini, peşəkarlarını və innovativ düşüncəli nümayəndələrini bir araya gətirir.
Sevindirici haldır ki, dünyanın ən böyük turizm tədbirlərindən biri olan “Uzakrota Global-2024”də şirkətimiz ERATUR da təmsil olunub. 15 min nəfərin iştirak etdiyi tədbirdə şirkətimiz öz imkanlarını, potensialını təqdim edib və turizm sahəsindəki təcrübəsini bölüşüb.
Tədbir iştirakçılarının maraqla izlədiyi stendlərdən biri məhz ERATUR-un təqdimatı olub. Şirkətimizin fəaliyyəti ilə maraqlanan qonaqlara xidmətlərimizi əks etdirən bukletlər və xatirə hədiyyələri təqdim edilib.
ERATUR-un bu tədbirə dəvət olunması və belə bir böyük beynəlxalq turizm sammitində iştirakı Azərbaycanın turizm sənayesinin inkişafının və ölkəmizin beynəlxalq turizm bazarında mövqeyinin güclənməsinin göstəricisidir.