Salyan rayonunun Qarabağlı kəndi üçün hazırlanmış layihə mövcud elektrik şəbəkəsinin modernləşdirilməsini və istehlakçıların artan elektrik enerjisi tələbatına uyğunlaşdırılmasını nəzərdə tutur.
Layihə çərçivəsində yaşayış məntəqəsinin bütün hissələrinin daha səmərəli elektrik enerjisi ilə təmin olunması məqsədilə 6 kV-luq magistral elektrik xətlərinin və 0,4 kV-luq paylayıcı şəbəkələrin yenidən qurulması planlaşdırılır.
Hazırlanmış plana əsasən yeni hava elektrik xətləri və abonent qoşulmaları inşa ediləcək, şəbəkənin istismar imkanları genişləndiriləcək və ərazinin gələcək inkişaf perspektivləri nəzərə alınmaqla elektrik təchizatının etibarlılığı artırılacaq.
Layihənin həyata keçirilməsi nəticəsində kənd ərazisində daha sabit, fasiləsiz və keyfiyyətli elektrik enerjisi təminatı üçün müasir infrastruktur formalaşdırılacaq.