17–20 iyun 2026 tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisində SAMSER Group öz stendi ilə iştirak edərək fəaliyyət istiqamətlərini və təqdim etdiyi innovativ həlləri ziyarətçilərə təqdim etdi.
Sərgi çərçivəsində şirkətimizin tikinti-quraşdırma, CİS (Coğrafi İnformasiya Sistemləri), turizm və elektrik nəqliyyatı infrastrukturu sahələrində həyata keçirdiyi layihələr nümayiş olundu. Tədbir ərzində çoxsaylı sahibkarlar, dövlət qurumlarının nümayəndələri və potensial tərəfdaşlarla məhsuldar görüşlər keçirildi, yeni əməkdaşlıq imkanları müzakirə edildi.
Yerli sahibkarlığın inkişafına töhfə verən bu nüfuzlu platformada iştirak etmək SAMSER Group üçün həm mövcud fəaliyyətimizin təqdimatı, həm də yeni biznes əlaqələrinin qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
Sərgidə bizim stendimizi ziyarət edən bütün qonaqlara, tərəfdaşlarımıza və təşkilatçılara təşəkkür edir, gələcək layihələrdə yeni uğurlara birlikdə imza atacağımıza inanırıq.