Ucar rayonunun Qazıqumlaq kəndində həyata keçirilən bu layihə kənd ərazisinin etibarlı və dayanıqlı elektrik enerjisi ilə təmin olunmasına yönəlib. Layihə çərçivəsində 10 kV-luq orta gərginlikli və 0,4 kV-luq aşağı gərginlikli elektrik şəbəkələrinin qurulması nəzərdə tutulub. Görülən işlər kəndin mövcud enerji infrastrukturunun yenilənməsinə, elektrik təchizatının keyfiyyətinin artırılmasına və enerji itkilərinin minimuma endirilməsinə xidmət edir.
Layihə çərçivəsində yeni elektrik xətləri çəkilmiş, müasir avadanlıqlar quraşdırılmış və istehlakçıların təhlükəsiz enerji təminatı üçün zəruri texniki tədbirlər həyata keçirilmişdir. Nəticədə kənd sakinlərinin elektrik enerjisinə çıxışı daha etibarlı hala gətirilmiş, gərginlik sabitliyi yaxşılaşdırılmış və gələcək inkişaf tələblərinə cavab verən müasir şəbəkə infrastrukturu formalaşdırılmışdır.